“Bu, sırf başqa oyunçuların yoluxmasının qarşısını almaq məqsədi daşıyır”

26 Avqust 2021 17:00 Sabah 419
“Bu, sırf başqa oyunçuların yoluxmasının qarşısını almaq məqsədi daşıyır”

“Sabah”ın əvəzedici və 19 yaşlılardan ibarət komandaları yeni mövsümün hazırlıqlarına ara verməsi haqda oxucularımızı məlumatlandırmışdıq.

Bildirmişdik ki, buna səbəb hər iki kollektivə bir neçə futbolçunun koronavirusa yoluxmasıdır.

Testi pozitiv çıxan oyunçular karantinə alınıb. “Sabah”ın mətbuat xidmətindən

Sportinfo.az-a daxil olan məlumata görə, artıq U-19 və əvəzedici komanda məşqləri bərpa edib:

“Bir neçə futbolçuda COVİD-19 aşkarlandığı üçün komandanın məşqlərinə bir həftəlik fasilə verilmişdi.

Bu addım sırf başqa oyunçuların yoluxmasının qarşısını almaq məqsədi daşıyırdı”.

Digər Xəbərlər
Xəbər Lenti