"Sabah" istəyinə bu həftə çatacaq - İSPAN İŞİ

23 Avqust 2021 18:00 Sabah 806
"Sabah" istəyinə bu həftə çatacaq - İSPAN İŞİ

"Sabah" yeni transferi Kristian Sebalyosun xidmətindən hələ də yararlana bilmir. Səbəb ispaniyalı yarımmüdafiəçinin sənədlərinin hələ də tam hazır olmamasıdır.

Sportinfo.az-ın məlumatına görə, yaranmış problem bu həftə öz həllini tapacaq.

Lazım olan sənədlər yaxın 2-3 gün ərzində kluba çatdırılacaq.

28 yaşlı oyunçunun transferi 8 avqust rəsmiləşsə də məlum problemə görə, o, Premyer Liqanın arxada qalan hər iki turunu da kənardan izləməli olub.

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib.

Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti