"Sabah" daha 2 yeni legionerlə danışıqlar aparır

22 Avqust 2021 20:00 Sabah 988
"Sabah" daha 2 yeni legionerlə danışıqlar aparır

Premyer Liqaya istədiyi kimi başlaya bilməyən «Sabah»da yeni transferlər gözlənilir.

Masazır təmsilçisi hazırda 2 legionerlə danışıqlar aparır.

Onlardan biri müdafiəçi, digəri vingerdir. «Ağ-göylər» qarşıdakı günlərdə real nəticəyə nail olmağı planlaşdırıb.

Baş məşqçi Ramin Quliyev də komandanın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, son mətbuat konfransında bu barədə fikirlərini açıqlayıb:

«Gedənlər çoxdur, gələnlər az. Problemimiz odur ki, gələnlərdən də istifadə edə bilmirik. Sebalyosun hələ sənədləri hazır deyil».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti