“Sabah” Futbol Akademiyasının üzvləri - Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirir.
Sportinfo.az xəbər verir ki, Həmzəalı Mikayılov “Dinamo”nun U-17 komandasının heyətində növbəti oyununu keçirib.
O, “NK Zaqreb”in U-19 komandası ilə yoxlama matçında (5:1) şans qazanıb. Mikayılov bu matçda 1 məhsuldar ötürmə edib.
Millimizin də üzvü olan Həmzəalı Mikayılov və Xəyal Əliyev “Sabah” və “Dinamo” arasında,2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.

