"Sabah" üçün dönüş və ya...

21 Avqust 2021 15:00 Sabah 652
"Sabah" üçün dönüş və ya...

Bu gün Azərbaycan Premyer Liqasının 2-ci turuna start veriləcək.

İlk oyun günündə "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edəcək.

İlk tur səfərdə "Keşlə" üzərində qələbə qazanan meydan sahiblərində əhval-ruhiyyə yüksək səviyyədədir.

Komandada zədəli və cəzalı durumda olan kimsə yoxdur. "Keşlə" ilə matçda zədələnərək erkən əvəzlənən əsas qapıçı Aydın Bayramov da məşqlərə qoşulub və özünü oynamağa hazır hiss edir.

"Sabah"la bağlı isə eyni fikirləri demək olmaz. Ramin Quliyevin yetirmələri lk turda gözlənilmədən "Səbail"ə məğlub oldu. Məğlubiyyətlə bərabər "Sabah" iki əsas heyət üzvünü də itirdi.

Zurab Oçiqava zədələnərək erkən əvəzlənməli oldusa, Mikels Coy-Lens qırmızı vərəqə ilə meydandan qovuldu. Hər iki futbolçu "Sumqayıt"la oyunu buraxacaq.

Bundan əlavə orta xəttin əsas siması sayılan Aleksey İsayev isə koronavirusa yoluxub. Rusiyalı futbolçu da bu gün komandasına kömək edə bilməyəcək.

Ramin Quliyevi sevindirən məqam Xuliyo Rodrigesin zədəsini sağaltmasıdır. Bundan başqa ispaniyalı Kristian Sebalyos da artıq komandaya kömək etməyə hazırdır.

Müdafiədi ciddi sıxıntıları ola "Sabah" xorvatiyalı Spiro Periçiçin transferini bu həftə başa çatdırdı. Quliyevin ona şans verib-verməyəcəyini oyun saatında biləcəyik.

Göründüyü kimi, hər şey "Sumqayıt"ın lehinədir. Amma "Sabah" qələbə qazanmaq məcburiyyətindədir. Çünki növbəti məğlubiyyət fiaskoya aparan yolun başlanğıcı ola bilər. Oradan geri qayıtmaq isə çox çətin görünür.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti