"Səbail"lə görüşdə bəxtimiz gətirmədi. Amma bu futboldu. Bəzən yaxşı oynayıb uduza bilərsən"
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Slavik Alxasov deyib.
Müdafiəçi ilk turdakı məğlubiyyəti unutmalı olduqlarını düşünür: "Məğlubiyyət qaçılmazdır. Birinci oyun artıq arxada qaldı. Həmin oyunu unudub qarşıdakı matclara köklənməliyik. Gələn oyunlarda səfləri təkrarlamamağa çalışacağıq".
Təcrübəli futbolçu ikinci turda oynayacaqları "Sumqayıt"la oyuna maksimum nəticə üçün çıxacaqlarını bildirib: "Sumqayıt"la oyuna ciddi hazırlaşırıq. Ciddi rəqiblə səfərdə oynayacağıq. Maksimum nəticə ilə qayıtmaq istəyirik"

