"Sabah" ailəsinin üzvü olduğuma görə şadam. Bu cür yaxşı təşkilatlanmış klubun üzvü olmaq çox xoşdur".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın yeni transferi Şpiro Periçiç klubun rəsmi saytına açıqlamasında Bakı təmsilçisinə keçidi ilə bağlı danışarkən deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, komandada hamı onu çox isti qarşılayıb:
"Buna görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu mövsümdə çempionatda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Çünki bizim yaxşı komandamız var".
Periçiçlə 1 illik müqavilə bağlanıb. Balkanlı “Sabah”da 55 nömrəli formada çıxış edəcək.
O, Periçiç karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/2013), “Solin” (2013/2014), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/2015), “Çibaliya” (2017/2018), Sloveniyanın “Mura” (2018/2019) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

