"Sabah" Azərbaycan Premyer Liqasının yeni mövsümünə məğlubiyyətlə start verdi.
"Səbail"lə dağma meydanda oynayan komanda minimal hesablı (0-1) məğlubiyyətdən qaça bilmədi.
Oyunun start heyətində sabiq "Barselona"lı yeni transfer Kristian Sebalyosun olmaması təəccüb doğurdu.
Böyük ümidlərlə komandaya cəlb edilən yarımmüdafiəçinin adı heç görüşün iştirak ərizəsində də yox idi.
"Sabah"ın mətbuat xidmətinin rəhbərli Elnur Həmidov qaranlıq məqamla bağlı Sportinfo.az-a açıqlamasında bunları dedi:
"Sebalyos komandaya oyundan cəmi bir neçə gün öncə qoşulmuşdu. Yəni, komandayla çox az məşqə çıxıb".

