Azərbaycan futbolunda belə-belə işlər… FOTOREPORTAJ

15 Avqust 2021 09:00 Sabah 2 312
Azərbaycan futbolunda belə-belə işlər… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Sabah" və "Səbail" üz-üzə gəlib.

Masazırdakı "Bank Respublika Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qol ilk hissədə vurulub. "Dənizçilər"in heyətində yeni transfer Yurgen Qoca fərqlənib. Albaniyalı müdafiəçi 30-cu dəqiqədə başqa qapını dəqiq nişan alıb.

89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Şakir Seyidov hesabı bərabərləşdirsə də, qol oyundankənar vəziyyətdən vurulduğu üçün qeydə alınmayıb.

Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə "Sabah" azlıqda qalıb. Coy-Lans Mikels ikinci sarı vərəqəni görərək, meydandan qovulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti