“Barselona”lı Azərbaycan klubunda nə qədər qazanacaq?

12 Avqust 2021 11:40 Sabah 1 490
“Barselona”lı Azərbaycan klubunda nə qədər qazanacaq?

“Sabah”la anlaşan Kristian Sebalyosun Azərbaycanda nə qədər pul qazanacağı bilinib.

Sportinfo.az-n məlumaatna görə, ispaniyalı yarımmüdafiəçi hər ay 15 min dollar civarında maaş alacaq.

Bu, Masazır təmsilçisi ilə 3 illik müqavilə bağlayan legionerin ilk mövsümdə əldə edəcəyi məbləğdir. Növbəti iki ildə onun gəliri bir qədər də artacaq.

28 yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti