"Sabah" ərəblərdən nə qədər təzminat istəyəcək?

9 Avqust 2021 22:20 Sabah 3 028
"Sabah" ərəblərdən nə qədər təzminat istəyəcək?

"Sabah"dan ayrılan Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına keçidi ötən ay baş tutmadı.

Masazır təmsilçisi “Əl-Əyn”dən 24 yaşlı müdafiəçinin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.

Futbolçunun transferi reallaşdıqdan 18 gün keçəndən - onun “Sabah”la müqaviləsi ləğv olunduqdan sonra imtina edilib.

"Sabah" məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət edib. Azərbaycan klubu ona dəymiş maddi ziyanın ödənilməsini istəyir.

Transferə dair sənədləri və digər faktları toplayan “Sabah”ın ərəblərdən tələb etdiyi kompensasiyanın ümumi məbləğı 600 min avrodur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti