"SABAH": "İstənilən gənc futbolçumuz Premyer Liqada şans qazana bilər"

9 Avqust 2021 14:00 Sabah 769
"SABAH": "İstənilən gənc futbolçumuz Premyer Liqada şans qazana bilər"

Yeni mövsümə hazırlıqları davam etdirən "Sabah" hər zaman olduğu kimi gənc futbolçulara göstərilən diqqəti də azaltmır.

Bu məqsədlə komandanın yay hazırlığında çox sayda yeni gənc futbolçu iştirak etdi. Onlar komanda ilə Gürcüstan toplanışına belə aparıldı və yoldaşlıq görüşlərində də şans verildi.

Görəsən, həmin gənclərin hazırlığı baş məşqçi Ramin Quliyevi razı salıbmı? Ümumiyyətlə, yeni mövsüm həmin gənclərdən kimləri əsas komandada daimi görə bilərik?

Gənc mütəxəssis suallara cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Gənclərimiz hazırlığın ilk günündən bizimlədirlər. İstər Bakı, istərsə də Gürcüstan toplanışında onların istəyi, əzmkarlığı, məşqlərə və oyunlara yanaşmasından razı qaldım.

Oyunlara gəlincə, rəqiblərin daha təcrübəli olmalarına baxmayaraq, gənclərimiz özlərini yaxşı tərəfdən göstərə bildirlər. İstənilən gənc futbolçumuz Premyer Liqada əsas komandamızın heyətində şans qazana bilər. Lakin ad olaraq kimisə fərqləndirmək istəməzdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti