Sabiq "Barselona"lı futbolçu "Sabah"da - SON DƏQİQƏ

7 Avqust 2021 09:25 Sabah 3 044
Sabiq "Barselona"lı futbolçu "Sabah"da - SON DƏQİQƏ

Yeni mövsümə hazırlığı davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi "Barselona"nın sabiq futbolçusu Kristian Seballosu heyətinə qatıb.

Barselona doğumlu vinger elə həmin şəhəri təmsil edən eyniadlı klubun yetirməsidir. O, "Barselona"nın U-19 komandasına kimi yüksəlib.

2011-ci ildə "Tottenhem"in gənclər komandasına transfer edilib. O, burada meydana çıxdığı 28 oyunda 13 qol vurub, 7 asist etməyi bacarıb.

28 yaşlı İspan 2013-cü ildə İngiltərə nəhəngi "Tottenhem"in əsas komandasına cəlb olunub.

Amma Poçettinonun baş məşqçi olduğu klubda onun karyerası uğurlu alınmayıb.

Seballos sonradan digər İngiltərə təmsilçisi "Çarlton", Portuqaliyanın "Aroka", Belçikanın "Sent Truden" klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti