"Sabah"da növbəti ayrılıq - rəsmi

3 Avqust 2021 13:20 Sabah 1 038
"Sabah"da növbəti ayrılıq - rəsmi

Sabah” futbolçu Ozan Can Kökcü ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib. Ozan Can 2019-cu ildən “Sabah”da oynayıb. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

“Sabah” Ozan Can Kökcüyə xidmətlərinə görə təşəkkür edib.

Digər Xəbərlər
Xəbər Lenti