Ramin Quliyev gürcüstanlı hücumçuya "hə" dedi

1 Avqust 2021 21:00 Sabah 1 231
Ramin Quliyev gürcüstanlı hücumçuya "hə" dedi

Yeni mövsümə hazırlıqları bu gündən bərpa edən “Sabah” yoxlanışa çağırdığı 2 futbolçu ilə bağlı qərarın verib.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Ramin Quliyev onların performansından razı qalıb. Yaxın günlərdə hər iki futbolçu ilə müqavilə imzalanacaq.

Onlardan biri Azərbaycan əsilli rusiyalı İlqar Ələkbərovdu. 20 yaşlı vinger hazırda azad agentdi. O, Rusiya U-18 millisində də çıxış edib.

Digər futbolçu isə gürcüstanlı Mikheil Ergemlidzedi. 21 yaşlı hücumçu son mövsümü “Adana Dəmirspor”da keçirib.

Hər iki oyunçu da "Sabah"a Gürcüstan toplanışında qoşulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti