"Yeni mövsümə tam hazır olacağıq" - "Sabah"dan dedilər

30 İyul 2021 14:00 Sabah 661
"Yeni mövsümə tam hazır olacağıq" - "Sabah"dan dedilər

Yeni mövsümə hazırlıqların ikinci mərhələsini Gürcüstandakı təlim-məşq toplanışı ilə başa vuran "Sabah" artıq ölkəmizə qayıdıb.

Komandanın cinah müdafiəçisi Slavik Alxasov qonşu ölkədəki təlim-məşq toplanışı ilə bağlı fikirlərini Sportinfo.az-a danışıb.

Sitat: "2 həftə Tbilisidə növbəti mövsümə hazırlaşdıq. Məşqlərimiz qaydasında getdi. Çalışırıq ki, komanda olaraq məşqçilərimizin verdiyi tapşırıqları maksimum yerinə yetirək.

4 yoxlama oyunu keçirdik. İlk oyunda minimal hesabla qalib gəldik, amma digər matçlarda uduzduq.

Təbii ki, yoxlama oyunlarında nəticə əsas deyil. Əsas bu oyunlarda buraxdığımız səhvlərdən nəticə çıxarmaqdır. İnşallah, mövsümün startına kimi tam hazır olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"