"Sabah" - İki yeni futbolçunun taleyi necə olacaq?

29 İyul 2021 17:40 Sabah 667
"Sabah" - İki yeni futbolçunun taleyi necə olacaq?

Yeni mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Sabah"ın yoxlanışa iki futbolçu çağırmasını xəbər vermişdik.

Yoxlama görüşlərində də şans qazanan oyunçularla bağlı, görəsən, baş məşqçi Ramin Quliyev nə qərar verib?

Komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a bunları deyib.

Sitat: "Baxışda iki futbolçu var. Milliyətcə azərbaycanlı olan Rusiya vətəndaşı İldar Ələkbərov və gürcüstanlı Mixeil Ergemlidze.

Mixeil ötən oyunda start heyətində yer almışdı, İldar isə fasilədən sonra meydana çıxdı.

Hər iki futbolçu hazırda komandanın düşərgəsindədi. Onlarla bağlı hələ ki, qərar verilməyib".

Digər Xəbərlər
Xəbər Lenti