"Sabah" kuboku əldən verdi

28 İyul 2021 21:10 Sabah 1 168
"Sabah" kuboku əldən verdi

"Sabah” bu gün Gürcüstan toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ramin Quliyevin komandası yerli “Saburtalo” klubu ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun bərabərlik qolunu 74-cü dəqiqədə Veysəl Rzayev vurub.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada Gürcüstan klubu daha dəqiq olaraq 4:2 hesabı ilə qalib gəlib.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub.Qalib komandaya xatirə kuboku təqdim olunub.

Qarşılaşma “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilib.

Qeyd edək ki, iyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan“Sabah” "Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

28 iyul Yoxlama oyunu

19:00. "Sabah" – "Saburtalo" (Gürcüstan) - 1:1 (penaltilər seriyası - 2:4)

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!