“Sabah” Bəhlulun transferindən imtina edən ərəb klubunu məhkəməyə verdi

27 İyul 2021 14:20 Sabah 804
“Sabah” Bəhlulun transferindən imtina edən ərəb klubunu məhkəməyə verdi

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə klubsuz qalıb.

Sportinfo.az xəbər verir ki, BƏƏ-nin “Əl-Əyn” klubu müdafiəçidən imtina edib.

Asiya təmsilçisi Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğvi ilə bağlı “Sabah”a məktub ünvanlayıb. Bu, transfer reallaşdıqdan 18 gün sonra gerçəkləşib.

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilir. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib.

Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edəcək. Bakı təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət etməyə hazırlaşır.

Digər Xəbərlər
Xəbər Lenti