"Sabah" Gürcüstana klubuna uduzdu

27 İyul 2021 00:42 Sabah 538
"Sabah" Gürcüstana klubuna uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi 3-cü sınağında yerli "Telavi" ilə qarşılaşıb.

Görüş Ramin Quliyevin baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Abdulla Xaybulayev vurub.

"Sabah" qonşu ölkədəki ilk iki görüşündə "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, "Samqurali"yə isə uduzub - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?