"Sabah"ın futbolçusu Türkiyə klubuna keçir? - rəsmi açıqlama

23 İyun 2021 20:20 Sabah 968
"Sabah"ın futbolçusu Türkiyə klubuna keçir? - rəsmi açıqlama

"Ozan Can Kökcünün "Sabah"la 2023-cü ilə kimi müqaviləsi var. Sözügedən klubdan bizə hər hansı rəsmi təklif olmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov 22 yaşlı yarımmüdafiəçinin gələcək karyerası barədə danışarkən deyib.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında "Sabah"a məxsus futbolçunun Türkiyə I Liqa təmsilçisi "Eyüpspor"la anlaşdığı yazılıb.

Xatırladaq ki, millimizin də üzvü olan yarımmüdafiəçi bu ilin yanvar ayından icarə müqaviləsi əsasında Hollandiyanın "Telstar" komandasının şərəfini qoruyurdu. O, Hollandiya təmsilçisinin heyətində 18 oyunda meydana çıxıb və 2 dəfə fərqlənməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”