"Futbol oynayanda özümü xoşbəxt hiss edirəm"

4 İyun 2021 15:00 Sabah 713
"Futbol oynayanda özümü xoşbəxt hiss edirəm"

"Sabah” qapıçısı Saşa Stamenkoviçlə 1 illik yeni müqavilə bağlayıb.

Serbiyalı kiper 2018-ci ildən Masazır təmsilçisində çıxış edir.

O, “Sabah”da ən çox oyun keçirən futbolçudur. Stamenkoviç komandanın heyətində bütün turnirlərdə cəmi 64 oyun (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) keçirib.

36 yaşlı “əlcək sahibi“ Sportinfo.az-a açıqlamasında hələ karyerasını bitirməyi düşünmədiyini bildirib:

"Bu barədə heç fikirləşmirəm. Futbol oynayanda özümü xoşbəxt hiss edirəm və karyeramı davam etdirməkdə istəkliyəm.

Öz təcrübəmlə həm meydanda, həm də meydandan kənarda gənc futbolçulara kömək etmək, onların inkişafında rol oynamaq istəyirəm. Həm bir futbolçu, həm də bir şəxs kimi".

Digər Xəbərlər
Xəbər Lenti