"Qarabağ"a uduzmaq faciədirmi?"

25 Yanvar 2021 14:20 Sabah 642
"Qarabağ"a uduzmaq faciədirmi?"

"Büdcə və heyətlə bağlı nəsə deyə bilmərəm. Mən bura gələndən nə qədər oyunçu transfer etmişik, ona fikir verin".

Sportinfo.az xəbər verir ki, bu açıqlamanı "Sabah"ın baş məşqçisi Visente Qomes verib.

İspaniyalı çalışdırıcı komandasının Premyer Liqanın ilk 2 dövrəsindəki çıxışını qiymətləndirib:

"6 oyunluq məğlubiyyət seriyası bizə çox təsir etdi. Qışa qədər oynadığımız son 4 oyunda xal qazana bilmişdik.

Fasilədən sonra ilk oyunumuz "Qarabağ"a qarşı oldu. Bizim məğlub olduğumuz rəqib "Qarabağ"dır. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridir.

"Qarabağ"a uduzmaq faciədirmi?Düşünürəm ki, onlara qarşı yaxşı oyun sərgiləmişik.

Statistikanın digər tərəfinə də baxın. Qol imkanlarımız olur, vura bilmirik, yoxsa heç qol imkanımız olmur? Çoxlu qol imkanları yaradırıq, lakin fürsətlərimizdən yararlana bilmirik.

Məşqçi kimi məşqlərdə qapıya zərbələri işləyirik. İstəyirik ki, yaxşı atmosfer yaradaq ki, futbolçular qol vura bilsin".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu