Niderlandlı məşqçi millimizin futbolçusunu BÖYÜK İŞ GÖZLƏYİR

14 Yanvar 2021 13:40 Sabah 580
Niderlandlı məşqçi millimizin futbolçusunu BÖYÜK İŞ GÖZLƏYİR

Telstar"ın baş məşqçisi Andris Yonker Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökcünün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Niderland klubunun rəsmi saytına açıqlamasında icarəyə götürdükləri Türkiyə əsilli yarımmüdafiəçini tərifləyib.

Niderlandlı baş məşqçi 23 yaşlı oyunçunun xidmətindən ən qısa vaxtda yararlanmaq istədiklərini bildirib: "Şənbə günü "TOP Oss" komandası ilə matçda ona şans verməyə çalışacağıq.

Gənc olmasına baxmayaraq, Ozan Can lazimi təcrübəyə malikdir. O, Azərbaycanın gənclər yığmasında müntəzəm çıxış edir. Həm yarımmüdafiə, həm də hücum xəttində yaxşı təsir bağışlayır. İnanıram ki, oyunumuzun inkişafına təkan verəcək".

Ozan Can Kökcü cari mövsümün sonunadək "Tesltar"da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"