"Sabah"ın 2 aparıcı futbolçusu "Qarabağ"la matçı buraxacaq

12 Yanvar 2021 20:40 Sabah 590
"Sabah"ın 2 aparıcı futbolçusu "Qarabağ"la matçı buraxacaq

"Sabah"ın 2 üzvü Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la matçı buraxacaq.

Sportinfo.az xəbər verir ki, zədəsini sağaldan müdafiəçi Bəhlul Mustafazadə və qapıçı Saşa Stamenkoviç ilin ilk rəsmi matçında meydana çıxmayacaq.

Hər iki futbolçu hazırda fərdi məşqlər edir və onların yanvarın sonunda kollektivə qoşulacaqları gözlənilir.

Yanvarın 21-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq. Bəhlul Mustafazadə ilin sonlarında qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub. Saşa Stamenkoviç isə çiynindən zədə almışdı.

Digər Xəbərlər
Xəbər Lenti