"Baş məşqçi hər hansı mövqedə yeni transferə ehtiyac olduğunu düşünsə..."

12 Yanvar 2021 16:00 Sabah 523
"Baş məşqçi hər hansı mövqedə yeni transferə ehtiyac olduğunu düşünsə..."

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.

Transferlərlə bağlı isə o qədər aktivlik hiss olunmur. Bu baxımdan nisbətən fəallıq göstərən klublardan biri "Sabah"dır.

Artıq komanda dünən qış transfer pəncərəsində ikinci transferini də həyata keçirdi. Heyəti heç də kasad olmayan "Sabah" bu transferlərlə kifayətlənəcək, yoxsa axtarışlar hələ də davam edir?

Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi: "Yeni transferə ehtiyac olub-olmamasına baş məşqçi qərar verəcək.

Qışda hələ ki, komandaya iki yeni futbolçu - Bəxtiyar Həsənalızadə və Tiemoko Fofana cəlb edilib. Yevgeni Koçukla isə yollar ayrılıb.

Baş məşqçi hər hansı mövqedə yeni transferə ehtiyac olduğunu düşünsə, bu istiqamətdə işlər davam etdirilə bilər".

Digər Xəbərlər
Xəbər Lenti