"Sabah"ın kapitanı Ruslan Abışov azərbaycanlı futbolçuların ölkə xaricində çıxış edə bilməməsinin səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu işdə futbol agentlərinin günahının olduğunu bildirib.
Onun sözlərinə görə, onlar istedadlı gəncləri əcnəbi klublara təklif edə bilmirlər: "Halbuki ölkəyə gətirilən legionerlər yerlilərdən qat-qat zəifdir. Problemi menecerlərdə görürəm.
Ölkəmizdə Tural Bayramlı, Turan Manafov, Toral Bayramov kimi gənclər var. Onlara dəstək olsalar, Avropada rahat çıxış edə bilərlər. Bu futbolçulara güvənmək və vaxt vermək lazımdır".

