"Bəli, yeni müqavilədə başqa dəyişikliklər də var"

8 Yanvar 2021 09:40 Sabah 1 127
"Bəli, yeni müqavilədə başqa dəyişikliklər də var"

“Sabah” bugünlərdə Şakir Seyidovla müqavilə müddətini uzatdı.

Yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).

Onun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı. Seyidovun yeni kontraktında maaş artımı nəzərdə tutulubmu?

Klubun mətbuat katibi Elnur Həmidov Sportinfo.az-a bu haqda aşağıdakıları deyib: “Şakir Seyidovla əvvəlki müqaviləmizin müddəti cari mövsümün sonunda başa çatırdı.

Yeni bağlanan müqavilənin müddəti isə 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub. Bəli, əvvəlki anlaşma ilə müqayisədə yeni müqavilədə başqa dəyişikliklər də var. Lakin konfidensiallığın qorunması baxımından bu barədə məlumat verə bilmərəm“.

Digər Xəbərlər
Xəbər Lenti