“Sabah“ bəyan etdi: “Heyətlə bağlı dəyişiklik olsa…“

7 Yanvar 2021 16:00 Sabah 783
“Sabah“ bəyan etdi: “Heyətlə bağlı dəyişiklik olsa…“

“Sabah“ sabahdan etibarən bir araya gələcək.

Masazır təmsilçisi mövsümün qarşıdakı hissəsinə doğma məkanda hazırlaşacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında transfer çalışmaları barədə bunları deyib:

“Qış fasiləsində artıq bir futbolçu – Yevgeni Koçuk komandadan ayrılıb. “Səbail”də icarədə olan Arsen Ağcabəyov isə geri qayıdıb. Hələ ki, komandada başqa hər hansı dəyişiklik yoxdur.

Komanda yanvarın 8-də mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. Heyətlə bağlı dəyişiklik olsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə məlumat verəcəyik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti