"Sabah" bu futbolçusu ilə müqaviləni yenilədi - 2023-cü ilin iyununa kimi

6 Yanvar 2021 00:42 Sabah 783
"Sabah" bu futbolçusu ilə müqaviləni yenilədi - 2023-cü ilin iyununa kimi

“Sabah” Şakir Seyidovla müqavilə müddətini uzadıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).

Futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti