"Sabah"dan: "Məşqlərə başlayanda o da komandaya qoşulacaq"

4 Yanvar 2021 23:00 Sabah 717
"Sabah"dan: "Məşqlərə başlayanda o da komandaya qoşulacaq"

"Səbail" 3 futbolçusu ilə yolları ayırdığını rəsmən açıqladı.

"Dənizçilər"dən ayrılanlar arasında "Sabah"dan icarəyə götürülmüş Arsen Ağcabəyov da var.

Gənc futbolçunun yenidən icarəyə verilib və ya "Sabah"da qalması ilə maraqlandıq.

Sportinfo.az-a danışan "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi: "Hələ ki, belə bir şey nəzərdə tutulmayıb. Məşqlərə başlayanda Arsen də digər futbolçular kimi komandaya qoşulacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti