"Millimiz hazırda yaxşı vəziyyətdə deyil"

4 Yanvar 2021 22:20 Sabah 707
"Millimiz hazırda yaxşı vəziyyətdə deyil"

“Bu qrupun aşkar favoriti və ən yaxşı komandası Portuqaliyadır”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında “Sabah”ın serbiyalı müdafiəçisi Nikola Vuyadinoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin düşdüyü qrupu dəyərləndirərkən deyib.

34 yaşlı oyunçu yığmamızla eyni qrupa düşən həmyerlilərinin şanslarına da toxunub. O, Serbiyanın ideal formada olmadığını söyləyib:

“Serbiya millisi hazırda yaxşı vəziyyətdə deyil. Avropa çempionatına vəsiqə qazana bilmədik, hazırda baş məşqçimiz yoxdur. Amma yenə də yığmamızda çox istedadlı və güclü oyunçular var.

Serbiyanın, nəhayət ki, ən vacib turnirlərdən biri olan dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağına inanıram”.

Azərbaycan A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Yığmamızın ilk oyunu 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı olacaq. Serbiya ilə görüşlər isə 30 mart və 12 oktyabr tarixlərinə təsadüf edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti