“Son bir neçə ili kimi, 2020 də "Qarabağ"ın futbolçuları üçün yaxşı keçdi”

3 Yanvar 2021 14:40 Sabah 849
“Son bir neçə ili kimi, 2020 də "Qarabağ"ın futbolçuları üçün yaxşı keçdi”

“Son bir neçə ildə olduğu kimi, 2020-ci il də "Qarabağ"ın futbolçuları üçün yaxşı keçdi”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-ın Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Sabah” klubunun kapitanı Ruslan Abışov deyib.

Təcrübəli müdafiəçi “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevi fərqləndirib: “Məncə, bir neçə futbolçu “ən yaxşı” adına layiq idi.

Lakin mənim seçimim Qara Qarayevdir. Qara millidə və klubunda stabil çıxış edir. Fikrimcə, ötən il də ən yaxşı mövsümlərindən birini keçirdi. Buna görə də, mənim seçimim məhz Qara Qarayevdir”.

Qeyd edək ki, buna qədər “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev, futbol veteranı Tərlan Əhmədov və “Sabah” klubunun məşqçisi Rövşən Babayev də ilin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti