"Sabah" Yevgeni Koçukla yolları niyə ayırıb? - Klubdan açıqlama

30 Dekabr 2020 19:00 Sabah 986
"Sabah" Yevgeni Koçukla yolları niyə ayırıb? - Klubdan açıqlama

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir. Artıq klublarımız heyətlərinə əl gəzdirməyə start veriblər.

"Sabah"da ilk ayrılıq dünən baş tutdu. Yevgeni Koçukla yollar ayrıldı. Komandaya böyük ümidlərlə transfer olunan Moldovalının komandadan ayrılması gözlənilməz oldu. Görəsən, ayrılığa səbəb nə olub?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında Koçukla yolların ayrılmasına belə izah verib:

"Qarşılıqlı razılıq oldu. Yəni hər iki tərəfin ortaq fikri və qərarı əsasında müqaviləyə xitam verildi".

Həmidov, Koçukun ayrılmasında az şans qazanması rol oynadımı sualını isə belə cavablayıb: "Əlbəttə, hər futbolçu daha çox şans qazanmaq istəyər".

Y.Koçuk bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti