Ukrayna klubundan "Sabah"a təşəkkür

28 Dekabr 2020 20:20 Sabah 904
Ukrayna klubundan "Sabah"a təşəkkür

"Məndən əvvəl "Olimpik"in baş məşqçisi ispaniyalı Visente Qomes olub. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna "Olimpik"inin baş məşqçisi İqol Klimovski klubun rəsmi saytına açıqlamasında hazırda "Sabah"ı çalışdıran Visente Qomesin sabiq komandasındakı işini dəyərləndirərkən deyib.

Ukraynalı mütəxəssis ispaniyalı həmkarına təşəkkür edib: "Onun başladığı işi davam etdirməyə çalışırıq. Qomesdən çox şey öyrənmişəm. Ona minnətdaram".

Qeyd edək ki, V.Qomes 2019/2020 mövsümündə "Olimpik"in baş məşqçisi olub. O, bu mövsümün əvvəlindən "Sabah"ı çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti