“Sabah”ın qış hazırlıq proqramı müəyyənləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Sportinfo.az-a bildirdiyinə görə, komanda yanvarın 8-də bir araya gələcək.
Dekabrın 25-də istirahətə buraxılmış kollektiv qeyd olunan tarixdə Masazırda toplaşacaq.
Komandanın “Bank Respublika Arena”da baş tutacaq hazırlıq çərçivəsində keçirəcəyi yoxlama görüşünün vaxtı da müəyyənləşib. Yanvarın 14-də «Səbail»llə üz-üzə gələcəklər.
Komandadan gedəcək, yaxud yeni transfer olunacaq futbolçulara gəlincə, mətbuat katibi bildirib ki, hələlik baş məşqçi Visente Qomezlə rəhbərlik arasında bu barədə söhbət olmayıb.
“Sabah” Premyer Liqanın XIV turu çərçivəsində yanvarın 21-də “Qarabağ”la qarşılaşacaq.

