Cari mövsüm Premyer Liqada “Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, ən çox şans qazanan müdafiəçi Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).
Çempionatın ilk yarısında komandanın forma geyinmiş ən yaşlı Saşa Stamenkoviç (35 yaş), ən gənc isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün).
Qış fasiləsinə kimi 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb.

