“Sabah“ Premyer Liqada ilk dəfə belə etdi - FOTO

27 Dekabr 2020 11:20 Sabah 952
“Sabah“ Premyer Liqada ilk dəfə belə etdi - FOTO

Azərbaycan Premyer Liqasının XIII turundan sonra çempionat qış fasiləsinə yollandı.

Sportinfo.az xəbər verir ki, “Sabah“ ilin son oyununda “Sumqayıt”ı səfərdə 2:1 hesabıyla məğlub edib.

Bu oyundakı qonaqların orta yaşı 24,3-ə bərabər olub ki, bu da Masazır klubunun Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb.

“Sumqayıt”la görüşdə əsas heyətdə çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti