“Sabah”da qərar tutmadı, indi Kipr klubunda - FOTO

26 Dekabr 2020 11:00 Sabah 924
“Sabah”da qərar tutmadı, indi Kipr klubunda - FOTO

“Sabah”ın sabiq legioneri Vitali Kvaşuk karyerasını Kiprdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Aris”ə keçib.

Bu barədə Kipr klubunun mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl Ukraynada “Zarya”, “Olimpik”, Belarusda “Neman”, “Qomel”, “Torpedo” kimi klublarda çıxış edən Kvaşuk, 2018-ci ilin yayından dekabrına kimi “Sabah”da forma geyinib.

Kvaşuk son olaraq Latviyanın RFS klubunda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!