"Əlbəttə, qol vurmaq həmişə xoşdur".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev Premyer Liqanın XIII turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Paytaxt təmsilçisinin üzvü çoxdan qol vurmadığını xatırladıb: "Ancaq mənim üçün bundan da əsas olan komandamın qalib gəlməsidir. Şadam ki, “Sabah”da qol hesabımı açdım və komandamın qələbəsinə töhfə verdim”.
Aleksey İsayev qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən fərqlənərək oyunda həlledici qola imza atıb. O, “Sabah”a bu ilin yayında “Sumqayıt“dan gəlib və və burada ilk qolunu vurub.

