"Sevinirəm ki, dünənki qələbəmizdə mənim də payım oldu.
Bizim üçün çox vacib qələbə idi. İli qalibiyyətlə başa vurmaq istəyirdik ki, buna da nail olduq".
Sportinfo.az xəbər verir ki, fikirləri "Sabah"ın futbolçusu Slavik Alxasov Premyer Liqanın XIII turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.
26-cı dəqiqədə hesabı açan 27 yaşlı müdafiəçi Sumqayıtda qazanılan 3 xalın bütün komanda üçün yaxşı motivasiya olduğunu söyləyib:
"Bu cür vacib qələbəyə qolla töhfə verməyim, həmçinin “Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidir”.

