"Sabah" heyətini yeni futbolçuyla gücləndirib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar komandamızda 34 nömrəli formada çıxış edəcək.
Həsənalızadə 2018-ci ildə Millətlər Liqasında Farer adaları (3:0) və Malta (1:1) ilə oyunlarda milli komandaya çağırılsa da, meydana çıxmayıb.

