"Sabah"ın müdafiəçisi Münhendə əməliyyata alındı - FOTO

24 Dekabr 2020 00:56 Sabah 885
"Sabah"ın müdafiəçisi Münhendə əməliyyata alındı - FOTO

"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.

Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.

Digər Xəbərlər
Xəbər Lenti