“Sabah” Premyer Liqanın XII turu öncəsi koronavirus testindən keçib.
Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
Onun sözlərinə görə, son məşqlərdə iştirak edən komanda üzvdlərinin hamısında nəticə neqativ çıxıb. Həmçinin müdafiəçi Məhəmməd Mirzəbəyovun xəstəlikdən sağaldığı dəqiqləşib.
Yalnız hücumçu Ulise Diallo hələ test verməyib, bu da malili orvardın müalicə prosesinin davam etməsiylə əlaqədardır.
“Sabah” dekabrın 20-də “Neftçi”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:15-də başlayacaq.
Diallo ilə yanaşı, məşqdə çiynindən zədələnən Saşa Stamenkoviç qarşıdakı matçı buraxacaq. Müdafiəçi Bəhlul Mustafazadənin iştirakı isə sual altındadır.

