"Neftçi" ilə matçda 3 xalı istəyirik" - "Sabah"ın baş məşqçisi

18 Dekabr 2020 14:20 Sabah 730
"Neftçi" ilə matçda 3 xalı istəyirik" - "Sabah"ın baş məşqçisi

"Komanda hazırlıqlarını davam etdirir. Koronavirusdan sağalan bir neçə futbolçu komandaya qoşulub və onlar artıq məşqlərdə iştirak edirlər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Visente Qomez deyib.

49 yaşlı mütəxəssis komandanın bu gün növbəti dəfə koronavirus testindən keçəcəyini bildirib.

İspaniyalı baş məşqçi Premyer Liqanın XII turunda evdə "Neftçi"yə qarşı matça qələbə üçün çıxacaqlarını söyləyib: "Həftəsonu bizi çox çətin oyun gözləyir. Rəqib yüksək səviyyəli komandadır. 3 xal əldə etmək üçün diqqətli olmalı və çox yaxşı oynamalıyıq".

Dekabrın 20-də keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 17:15-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti