Rəhbərlik komandanı virusdan qorumaq istəmədi

13 Dekabr 2020 17:40 Sabah 959
Rəhbərlik komandanı virusdan qorumaq istəmədi

«Səbail»də koronavirusa yoluxan futbolçuların siyahısında dəyişiklik olub.

Orxan Qurbanlı və Arsen Ağcabəyovda xəstəliyin əlamətləri aşkarlandığından, hər ikisi müalicə prosesinə cəlb olunub.

Əvəzində Rauf Əliyevlə Rahid Əmirquliyev komandanın sıralarına dönüb.

Virusdan qorunmaq məqsədilə futbolçuları Bayılda yerləşən bazada saxlamaq planı isə baş tutmayıb.

Klub rəhbərliyi onları 10 gün müddətinə ətraf aləmdən təcrid etmək üçün tələb olunan şəraiti yaratmağı üzərinə götürməyib. Yenə də maliyyə çatışmazlığını bəhanə gətirərək…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti