"Bu barədə danışmaq vacib deyil, qərar artıq qəbul olunub"

11 Dekabr 2020 16:40 Sabah 715
"Bu barədə danışmaq vacib deyil, qərar artıq qəbul olunub"

“Əsas odur ki, Premyer Liqada mübarizə davam edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Sabah”ın baş məşqçisi Visente Qomes deyib.

“Sabah” Premyer Liqanın XII turunda dekabrın 20-də “Neftçi”ni qəbul edəcək. İspaniyalı mütəxəssis Peşəkar Futbol Liqasının ölkə çempionatının təqvimində etdiyi dəyişikliklərə münasibət bildirib.

49 yaşlı çalışdırıcı bunun hazırlıqlarına təsirsiz ötüşməyəcəyini etiraf edib: “Əlbəttə, təqvimin dəyişməsi istənilən halda komandanın hazırlıq planına təsir edir.

Ona görə də, məncə, hazırda təqvim barədə danışmaq vacib deyil. Əsas odur ki, yeni təqvim artıq qəbul olunub və futbol davam edəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti