Yayda "Zirə"dən ayrılandan sonra klubsuz qalan Bəxtiyar Həsənalizadə yenidən sevimli peşəsinə dönüb.
Sportinfo.az-ın məlumatına görə, "Sabah" millimizin sabiq müdafiəçisini düşərgəsinə dəvət edib.
O, artıq Masazır komandasının məşqlərində iştirak etməyə başlayıb. Visente Qomez yoxlanışa cəlb elədiyi arxa xətt oyunçusunu bəyənərsə, yeni il öncəsi müqavilə imzalanacaq.
Həsənalizadə karyerası ərzində "Sumqayıt" və "Zirə"də çıxış edib. O, Qurban Qurbanovun baş məşqçi olduğu dönəmdə milliyə də çağrılıb.

