"Səbail"in legioneri Bəxtiyar Rəhmani İran mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, ötən aydan etibarən Azərbaycanda çıxış edən yarımmüdaiəçi Premyer Liqanın XI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Çox çətin oyun oldu. Əsas komandadan bir neçə futbolçumuzda koronavirus aşkarlanıb. Buna baxmayaraq, parlaq oyun göstərdik.
Hətta qələbə də qazana bilərdik. Sonda 1 xala razı olduq. "Qarabağ" kimi rəqiblə matçda bu da yaxşı nəticədir. Ən zəif oyunçumuz 12 km qaçmışdı. Ona görə də meydanı başıuca tərk etdik.
Rəqib heyətindəki futbolçuların sayəsində topa daha çox nəzarət etsə də, bizim fərqlənmək üçün çoxlu sayda imkanımız oldu, amma qələbə qolunu vura bilmədik".

