"Sabah" onu izləyən problemlərə baxmayaraq… FOTOLAR

7 Dekabr 2020 15:00 Sabah 964
"Sabah" onu izləyən problemlərə baxmayaraq… FOTOLAR

Bilindiyi kimi, "Sabah"da daha beş futbolçu koronavirisa yoluxub.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisində Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın testi müsbət çıxıb.

Bundan əlavə, Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriges də aktiv xəstədir.

"Sabah" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də evdə "Neftçi" ilə qarşılaşmalı idi, lakin qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

Yaranmış vəziyyətə baxmayaraq, komanda doğma məkanda növbəti məşqə çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!